sa sa 2010
Elmi şuranın növbəti iclası keçirildi + Foto İyn 07, 2019 | 16:24 / Konfranslar, iclaslar

7 iyun 2019-cu ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın 6 saylı iclası keçirildi. İclasda Elmi Şura üzvlərinə Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün AMEA magistraturasına ayrılan plan yerləri haqqında məlumat verildi. İnstitutun 2-ci kurs magistrlarının dissertasiya işlərinin müdafiəsinin nəticələri müzakirə olundu. Bundan başqa institutda vakant yerlərin tutulması məqsədilə müsabiqənin keçirilməsi və başqa təşkilatı məsələlər müzakirə olundu.