sa sa 2094
ADAU magistrlarının dissertasiya işlərinin müdafiəsi keçirildi + Foto İyn 10, 2019 | 17:20 / Mühüm hadisələr

10.06.2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil almış Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edirdilər. İclası MBBİ-nin Müdafiə Şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov açaraq tədbirin gündəliyi barədə iştirakçıları məlumatlandırdıqdan sonra sözü gənclərə verdi. “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” ixtisası üzrə 4 magistrant Qənbərova Pərvin, Hüseynova Səmayə, Məmmədova Əfsanə və Kazımova Fəxriyyə öz dissertasiya işlərini təqdim etdilər və verilən sualları ətraflı cavablandırdılar. Magistrlar onların dissetasiya işlərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildirdilər. Çıxışlardan sonra  akademik İradə Hüseynova tələbələri təbrik edərək, onlara bu iki il ərzində qazandıqları nailiyyətlərlə kifayətlənməyərək, elmi tədqiqat işlərini davam etdirməyi tövsiyyə etdi. Sonda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov çıxış edərək Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı mərhum akademik Cəlal Əliyevi xatırlatdı. O bildirdi ki, əvvəllər molekulyar biologiya və yaxud biotexnologiya üzrə mütəxəssis yetişdirmək üçün gənclərimiz xarici ölkələrin institutlarına getməli idi. İndi isə Azərbaycanda belə bir institut mövcuddur. Professor hazırda Azərbaycanın kənd təsərrüfatında olan problemlərdən söz açdı və bildirdi ki, bu problemlərin həlli üçün gənc mütəxəssislərə ehtiyac var. İ. Cəfərov MBBİ-nun bütün əməkdaşlarına bu işdə göstərdikləri təmənnasız qayğı üçün dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkildi.