sa sa 2231
"Fotosistem II-nin kristal quruluşu" mövzusunda seminar keçirilmişdir. + Foto Dek 01, 2017 | 14:57 / Seminarlar

Dekabrın 1-də institutun "Fotobioenergetika" laboratoriyasının kiçik elmi işçisi Cümşüdlü Könülün "Fotosistem II- nin kristal quruluşu" mövzusunda seminarı keçirilmişdir. O, fotosistem II-nin XX əsrin sonuna qədər aparılmış tədqiqatların nəticəsi və 2001-ci ildən 2011-ci illər ərzində FSII-nin kristal quruluşunun 3.8, 3.7,3.5,3.0, 1.9 anqstrem ayırdetmə qabiliyyətlərində müxtəlif tətqiqatçı qruplar tərəfindən (Zouni 2001,2005, Shen 2002,2011, Barber 2004) Termofil sianobakteriyaların növlərindən istifadə etməklə aparılmış tədqiqatların nəticələrinin müqayisəli analizi haqqında məlumat verdi. Eyni zamanda fotosistem II-nin öyrənilməsinin əhəmiyyətləri haqqında da danışdı.