sa sa 2089
“EBSCO host platformasında interaktiv axtarış” mövzusunda təlim keçirildi + Foto İyn 18, 2019 | 16:44 / Tədbirlər

18.06.2019-cu il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda  AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “EBSCO host platformasında interaktiv axtarış” mövzusunda təlim keçirilmişdir. Seminarı AMEA MEK əməkdaşı Cəmilə Yusifova aparmışdır. C.Yusifova qeyd etmişdir ki, artıq 16-cı ildirki Azərbaycanda rəqəmsal kitabxana fəaliyyət göstərir. Bu fəaliyyətin əsas məqsədi elm və tədrisin inkişafını optimallaşdırmaqdan ibarətdir. Tədqiqatçılar bu interaktiv axtarış sistemi vasitəsilə mühüm əhəmiyyət kəsb edən kitab və jurnalların tam mətnindən öz elmi araşdırmalarında istifadə etmək imkanı qazanacaq. Tədbirin sonunda C.Yusifova institut əməkdaşlarının suallarını ətraflı cavablandırdı.