sa sa 2728
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. + Foto Dek 12, 2017 | 09:48 / Tədbirlər

12 dekabr 2017-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə çıxış edən İnstitutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on dörd il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Ə. Məmmədov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib. Tədbirdə eyni zamanda institutun digər əməkdaşları da çıxış etdilər.