sa sa 2087
“Beyin Funksiyasının Kvant Mexaniki/Supersistemlər nəzəriyyəsi” mövzusunda seminar keçirilmişdir + Foto İyn 24, 2019 | 16:24 / Seminarlar

İyunun 24-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda Hesablama struktur biologiyası laboratoriyasının elmi İşçisi Güman Qarayev “Beyin Funksiyasının Kvant Mexaniki/Supersistemlər nəzəriyyəsi” mövzusunda çıxış etmişdir. Məruzəçi Neyrobiologiyanın riyazi konsepsiyasından söz açmış, müasir Kvant Mexanikasının membran problemlərinə tətbiqi, Biofiziki Sistemlər nəzəriyyəsi və həmçinin həyəcanlanma metodları haqqında məlumat vermişdir. Böyük maraqla qarşılanan çıxış ətrafında müzakirələr aparılmışdır.