sa sa 1927
Elmi şuranın növbəti iclası keçirildi + Foto İyn 28, 2019 | 16:48 / Konfranslar, iclaslar

İyunun 28-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi şuranın 2019-cu ildə 9 saylı iclası keçirilmişdir. Elmi şurada institutun 2-ci kurs magistrantlarının təhsilinin başa vurması ilə əlaqədar fəaliyyətlərinə xitam verilməsi, Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimovanın 01 avqust 2019-cu ildən 30 sentyabr 2019-cu il tarixinə kimi Slovakiya Respublikasının Kənd Təsərrüfatı Universitetinə ezam olunması,  Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Güman Qarayevin 23 sentyabr 2019-cu il tarixindən 23 sentyabr 2021-ci il tarixinə qədər İtaliyanın Modena və Reggio Emilia Universitetinə ezam olunması,institutun laboratoriya və şöbələrinin 2019-cu ilin birinci yarımilliyi üzrə hesabatı, magistraturaya yeni qəbul olunanlar haqqında məlumat və digər təşkilati məsələlər müzakirə olunmuşdur.