sa sa 2548
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” jurnalının I cildi ingilis dilində nəşr olunub. Dek 20, 2017 | 14:42 / Mühüm hadisələr

Jurnalda institutun yaranma tarixi və əməkdaşlarının elmi nəticələri öz əksini tapıb. Müəllifləri institutun direktoru, akademik İradə Hüseynova, b.e.d. Süleyman Allahverdiyev və fotosintez sahəsində dünya şöhrətli alim, prof. Govindjee olan "Böyük alim, böyük müəllim və böyük insan" məqaləsi mərhum akademik Cəlal Əliyevin xatirəsinə həsr edilib. 
Jurnalda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqalələri ilə yanaşı AMEA-nın Botanika və Genetik Ehtiyatlar institutlarının, Əkinçilik ET İnstitutunun əməkdaşları tərəfindən yerinə yetirilən tədqiqatların nəticələrini özündə əks etdirən 30-a yaxın məqalə dərc edilib. Bundan başqa, Rusiya, Cənubi Koreya və Böyük Britaniyanın nüfuzlu institut və universitetləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatların nəticələrini əks etdirən məqalələr də jurnala daxil edilmişdir.