sa sa 2310
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrların qış imtahan sessiyası başlanılıb + Foto Yan 04, 2018 | 14:51 / İmtahanlar

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 2017/2018-ci tədris ilində “Molekulyar biologiya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 2 və “Biokimya” ixtisası üzrə 2 nəfər yüksək bal toplamış tələbələr qəbul olunmuşdur. Hal-hazırda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunda I və II kurslar üzrə ümumilikdə 10 nəfər magistr təhsil alır. Artıq institutda təhsil alan magistrların qış imtahan sessiyası başlayıb. Yanvar ayının 4-də “Biotexnologiya” ixtisası üzrə II kurs magistrların “Bitkilərin hüceyrə mühəndisliyi” ixtisas kursundan ilk imtahanı keçirilib. AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi Fikrət Feyziyev imtahanların gedişatı ilə tanış olmaq üçün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub. Fikrət Feyziyev imtahana hazırlıq işlərindən və imtahanın gedişatından razı qaldığını bildirib, institutda magistr təhsilinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.