sa sa 2224
İnstitutun elmi işçisi Avstriyanın Vyana şəhərində elmi ezamiyyətdə olmuşdur + Foto Sen 03, 2019 | 13:59 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi avqustun 18-dən 23-nə kimi Avstriyanın Vyana şəhərində elmi ezamiyyətdə olmuşdur. Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Kompüter kristalloqrafiyası qrupunun rəhbəri, professor Qərib Mürşüdovun rəhbərlik etdiyi beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının əməkdaşı olan R.Məsməliyevanın ezamiyyətinin məqsədi Vyana Universitetində keçirilən 32-ci Avropa kristollaqrafiya konfransında iştirak etmək idi. Konfransın təşkilatçılarının hazırladığı proqram kristalloqrafiya və əlaqəli elmi sahələrin ən son nailiyyətlərini əhatə etmişdir. R. Məsməliyeva konfransda təqdim etdiyi poster - “Statistik analiz və atom yerdəyişmə parametrlərindən istifadə etməklə makromolekuloyar strukturların validasiyası” böyük maraqla qarşılanmışdır.