sa sa 1855
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə Şəki Regional Elmi Mərkəzinin birgə iclası keçirilib Sen 16, 2019 | 13:16 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, akademik İradə HüseynovaBiologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri - Zeynal ƏkpərovNuru Bayramov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və regional elm və təhsil müəssisələrinin təmsilçiləri AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) olublar.

Qonaqlar ŞREM-in əsas binasında təşkil edilmiş sərgi ilə, həmçinin mərkəzdə yaradılmış şəraitlə tanış olub, müxtəlif bitki növlərinin, sortlarının yetişdirildiyi və mühafizə olunduğu bağ sahəsinə baş çəkib, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar.

Daha sonra Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin akt zalında BTEB-in bürosu ilə ŞREM-in birgə iclası keçirilib.

İclası akademik Əhliman Əmiraslanov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbərlik etdiyi müəssisənin son illərdəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas yekunları barədə məlumat verib. Bundan əlavə, ŞREM-in strukturu, elmi-tədqiqat istiqamətləri, beynəlxalq və yerli təşkilatlarla əlaqələri, əldə olunmuş nailiyyətləri, kadr hazırlığı, genefond sahəsi və s. haqqında danışıb.

Daha sonra BTEB-ə daxil olan institutların Şəki-Zaqatala bölgəsində bu günə qədər apardıqları tədqiqatlar və gələcək planlar haqqında akademik İradə Hüseynovanın və AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun çıxışı dinlənilib.

İclasda, həmçinin akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Nuru Bayramov, BTEB-nin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov, AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, professor Amin Babayev, ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, mərkəzin şöbə müdiri, professor Firədun İbrahimov, “Şəki-İpək” ASC-nin direktorunun müşaviri Teymur Musayev və tibb elmləri doktoru Tofiq Mehdiyev çıxış edərək regionda sosial-iqtisadi inkişafa, insanların sağlamlığına, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına təsir edə bilən amillərlə bağlı fikirlərini səsləndiriblər.

Sonda çıxış edən Ə.Əmiraslanov mövcud problemlərin həlli barədə tapşırıqlarını verib, müvafiq tədbirlərin layihələndirilməsinin, sistemli şəkildə və vaxtında icrasının vacibliyini diqqətə çatdırıb.

www.science.gov.az