sa sa 1701
Elmi şuranın növbəti iclası keçirildi. + Foto Sen 06, 2019 | 15:55 / Konfranslar, iclaslar

6 sentyabr 2019-cu il tarixində Molekuloyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilmişdir. İclasda Elmi şuranın üzvü, riyaziyyat və kompüter elmləri üzrə tanınmış  alim,  hazırda ABŞ-ın Birləşmiş Genom İnstitutunun Enerji şöbəsinin əməkdaşı Asəf Salamov çalışdığı institut və orada aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verdi. Bundan başqa, Elmi şurada 2019/2020-ci tədris ilində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitunun magistraturasına qəbul olunmuş magistrlara elmi rəhbərlərin təyin olunması və onların dissertasiya mövzularının müəyyənləşdirilməsi, magistr pilləsi üzrə 2019/2020-ci tədris ili üçün dərs proqramlarının müzakirəsi və digər təşkilati məsələlərə baxıldı.