İnstitutun aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. + Foto
Sen 17, 2019 | 14:07 / Mühüm hadisələr
Sentyabrın 16-da AMEA-nın Rəyasət Heyətində Bilik Günü münasibətilə keçirilən tədbirdə AMEA-nın nümunəvi və məhsuldar pedaqoji fəaliyyətinə görə seçilən əməkdaşları mükafatlandırılmışlar. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.