Sentyabrın 20-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilmişdir. İclasda magistr pilləsi üzrə 2019-2020-ci tədris ili üçün tədris planları, İnstitutunun magistraturasına qəbul olunmuş tələbələrin dissertasiya mövzularının müəyyənləşdirilməsi və elmi rəhbərlərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə edilmiş və digər təşkilatı məsələlərə baxılmışdır.