sa sa 1922
Akademik İradə Hüseynova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşdür. + Foto Sen 26, 2019 | 09:59 / Mühüm hadisələr

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vitse-prezident, akademik İradə Hüseynova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşdür. Mükafat sentyabrın 25-də AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən təqdim edilmişdir. Bu münasibətlə İnstitutun kollektivi adından İradə xanımı ürəkdən təbrik edirik! Ona möhkəm can sağlığı, elmi fəaliyyətində yeni-yeni nailiyyətlər, daha yüksək təltiflər arzulayırıq.