sa sa 1919
Azərbaycanlı alim beynəlxalq konqresdə malyariya vaksini ilə bağlı apardığı tədqiqatlardan bəhs edib Okt 03, 2019 | 10:32 / Mühüm hadisələr

Türkiyənin Trabzon şəhərində Avrasiya Molekulyar Biotexnologiya Konqresi (ECOMB 2019) keçirilib.

Biotexnoloqlar, mikrobioloqlar və əczaçıların qatıldığı tədbir "Müasir tədqiqatlar və həyat elmində innovasiya" mövzusuna həsr olunub. Konqresdə ölkəmizi Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib.

3 gün davam edən konqresdə azərbaycanlı alim bitki yarpaqlarından sintez olunmuş malyariya vaksini ilə bağlı apardığı tədqiqatların nəticələrini açıqlayıb. O, vaksinin milyonlarla insanın həyatını xilas edə bilən potensiala malik olduğunu və elmi araşdırmalarının nüfuzlu "Scietific Reports" jurnalında çap edildiyini bildirib.

T.Məmmədovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, mövzu ətrafında çoxsaylı sualları cavablandırıb.

www.science.gov.az