sa sa 2273
“Wnt siqnal yolu və onun orqanizmdə rolu ”mövzusunda elmi seminar keçirilmişdir + Foto Okt 14, 2019 | 11:59 / Seminarlar

Oktyabrın 14-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. Seminarda institutun 2-ci kurs magistrantı Zərintac Rüstəmova “Wnt siqnal yolu və onun orqanizmdə rolu ”mövzusunda çıxış etmişdir. Məruzəçi  “Wnt siqnal yolu” embrional dövrdə embrionun düzgün  formalaşması , yetkin dövrdə  toxuma və orqanların hemostazı,  dəri, bağırsaq, sümük kök hüceyrələrin yenilənməsindəki rolundan bəhs etmişdir. Bu siqnal yolunun düzgün aktivlik göstərməməsi kolerektal yoğun bağırsaq, qara ciyər  xərçəngi , 2-ci tip şəkərli diabet, osteoparoz,alzaymer, şizofreniya kimi xəstəliklərə səbəb olduğunu bildirmişdir .Ona görə Wnt siqnal yolunun tədqiqi kliniki cəhətdən çox əhəmiyyətlidir. Təqdim edilən məruzə seminar iştirakçılarının marağına səbəb olaraq geniş müzakirə edilmişdir. Z.Rüstəmova verilən sualları ətraflı cavablandırmışdır.