sa sa 2103
Yaponiyanın Osaka Universitetinin və İran İslam Respublikasının Zəncan Tibb Universitetinin doktoru Saeed Kaboli institutunun qonağı olmuşdur + Foto Okt 18, 2019 | 14:56 / Mühüm hadisələr

18 Oktyabr 2019-cu il tarixində Yaponiyanın Osaka Universitetinin və İran İslam Respublikasının Zəncan Tibb Universitetinin doktoru Saeed Kaboli Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olmuşdur. 1998-2002-ci ildə Zəncan Universitetində “Hüceyrə və molekulyar biologiya” üzrə bakalavr dərəcəsini aldıqdan sonra, 2004-2008-ci ildə Mazandaran Tibb Elmləri Universitetində “Tibbi mikologiya” üzrə, 2009-2011-ci ildə Yaponiyanın Osaka Universitetində “Mikrobiyoloji biotexnologiya” üzrə magistr dərəcələrini almışdır. 2014-cü ildə Osaka Universitetində həmin ixtisas üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Tədqiqatçı alim “Müasir biologiyada CRİSPR sistemin tətbiqi” mövzusunda çıxış etmişdir. Alimin çıxışı institutun əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.