sa sa 2112
İnstitutun aparııcı elmi işçisi, b.ü.f.d., dosent Səadət Xudaverdiyeva Lənkəran Dövlət Universitetində ezamiyyətdə olub + Foto Okt 23, 2019 | 09:21 / Ezamiyyətlər

21.10.2019-cu il tarixində institutun aparıcı elmi işçisi, b.ü.f.d., dosent Səadət R.Xudaverdiyeva AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Müqavilə çərçivəsində Lənkəran Dövlət Universitetinə səfər etmişdir. O, Universitetin 4-cü kurs tələbələrinə “Genomun quruluşu, DNT-nin strukturu, replikasiya, transkripsiya və translyasiya mexanizmləri” mövzusunda mühazirə oxumuşdur. S.R.Xudaverdiyeva həmçinin universitetin Biologiya Kafedrasının növbəti elmi seminarında məruzələr dinləmiş və müzakirələrdə iştirak etmişdir.