sa sa 1936
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyasına başlanılıb + Foto Dek 11, 2019 | 11:05 / İmtahanlar

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyasına başlanılıb. 10 dekabr tarixində “Biokimya” ixtisası üzrə dissertant Nahidə Əliyeva, “Bitki fiziologiyası” ixtisasları üzrə  doktorant Nərgiz Bayramova və dissertant Lalə Aydınlı imtahanda iştirak ediblər.

 Hər bir ixtisas üzrə institutda imtahan komissiyaları yaradılıb. “Biokimya” ixtisası üzrə komissiyanın sədri professor Səftər Süleymanov, üzvləri -  biologiya üzrə elmlər doktorları Şahniyar Bayramov, Həsən Babayev, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Durna Əliyeva və Ulduzə Qurbanovadır. “Bitki fiziologiyası” ixtisası üzrə komissiyanın sədri AMEA-nın müxbir üzvi, professor İbrahim Əzizov, üzvləri -  biologiya üzrə elmlər doktorları Yaşar Feyziyev, Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları, dosentlər Sədaqət Əsədova və Mahirə Məmmədovadır.

 İmtahan uğurla başa çatıb.