sa sa 1779
Elmi şuranın növbəti iclası keçirilib + Foto Dek 20, 2019 | 16:02 / Konfranslar, iclaslar

Dekabrın 20-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın 2019-cu ildə sonuncu iclası keçirilib. İclasda Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi b.ü.f.d., dosent Samirə Rüstəmovanın Almaniyanın Bonn Universitetinə və Proteomiks laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayevanın Cənubi Koreyanın Pusan Milli Universitetinə elmi ezamiyyətləri barədə hesabatları dinlənilib. İnstitutun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Ələmdar Məmmədovun,  Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyevin anadan olmalarının 60 və elmi fəaliyyətlərinin 40 illiyinin qeyd olunması və digər təşkilati məsələlər müzakirə olunub.