AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyası davam edir. 2014-2018-ci illərdə ABŞ-da Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində tədqiqat aparan doktorant Aytən Ağayeva (elmi rəhbər: akademik İradə Hüseynova) bu gün “Molekulyar biologiya” ixtisası üzrə imtahan verib.
İmtahanın keçirilməsi üçün yaradılmış komissiyanın sədri institutun direktoru, akademik İradə Hüseynova, üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, b.ü.f.d., dosent Ələmdar Məmmədov, b.ü.f.d. Zərifə Süleymanova və Təhsil şöbəsinin müdiri b.ü.f.d., dosent Samirə Rüstəmovadır.
İmtahan uğurla başa çatıb.