sa sa 2396
Bayramova Nərgiz 12-22 fevral 2018-ci il tarixində Pakistanın Karaçi şəhərində ezamiyyətdə olmuşdur. + Foto Fev 22, 2018 | 11:33 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Bayramova Nərgiz 12-22 fevral 2018-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Elm Fondunun (ECOSF) və Karaçi Universitetinin dəstəyi ilə Pakistanın Karaçi şəhərində keçirilən Nematalogiya üzrə 5-ci Beynəlxalq təlimdə iştirak etmiş və Milli Nematoloji Tədqiqat Mərkəzində təcrübə keçmişdir. O, seminarlarda Karaçi Universitetinin və Pakistanın digər universitetlərinin, həm də xarici ölkələrdən dəvət almış mütəxəssislərin nematologiyada ən son yeniliklər, nemotodların torpaqdan toplanması və diaqnostikası mövzusunda mühazirələrini dinləmişdir. N. Bayramova universitetin “Skanerli elektron mikroskop”, “DNT sekvenser”, “Bitki patologiyası” və b. laboratoriyaları və mərkəzləri ilə tanış olmuşdur. Seminarın son günü beynəlxalq iştirakçılara ECOSF-in prezidenti, professor Manzoor Hussain Soomro tərəfindən sertifikatlar və fəxri fərmanlar təqdim olunmuşdur.