sa sa 1937
“İnsanın kodlaşdırmayan uzun RNT ardıcıllıqları“ mövzusunda seminar keçirilib + Foto Dek 24, 2019 | 11:53 / Seminarlar

Dekabrın 24-də “Bioinformatika” laboratoriyasının doktorantı Fidan Yusifovanın “İnsanın kodlaşdırmayan uzun RNT ardıcıllıqları “ mövzusunda seminarı keçirilib. F. Yusifova kodlaşdırmayan uzun RNT ardıcıllıqlarının kəşfi, lokalizasiyası, xarakteristikası, toxuma spesifikliyi, bioloji rolu haqqında məlumat vermişdir. Məruzəçi həmçinin kodlaşdırmayan uzun RNT ardıcıllıqları üçün mövcud olan məlumat bazalarından bəhs etmişdir. Seminarda xərçəng və kodlaşdırmayan uzun RNT ardıcıllıqları arasında əlaqə, xərçəngin diaqnostika və müalicəsində biomarkerlər kimi kodlaşdırmayan uzun RNT ardıcıllıqlarının tətbiqi, neyrodegenerativ xəstəliklərin (Alzeymer və Parkinson) əmələ gəlməsində, insultun müalicəsində rolu ilə bağlı geniş müzakirə aparılmışdır.