sa sa 1907
AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib Dek 28, 2019 | 15:00 / Mühüm hadisələr

Dekabrın 28-də keçirilən Akademiyanın Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq olunub.

Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq NağıyevDilqəm TağıyevNərgiz Paşayevaİradə HüseynovaRasim Əliquliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa SadıqovNaxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər.

www.science.gov.az