sa sa 1679
Akademik İradə Hüseynova “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı"na layiq görülüb. + Foto Dek 30, 2019 | 11:14 / Mühüm hadisələr

Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli K-1826 nömrəli əmri ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı"  ilə təltif edilib. Bu münasibətlə İnstitutun kollektivi adından İradə xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elmi və ictimai fəaliyyətində  müvəffəqiyyətlər arzulayırıq.