sa sa 2300
Akademiyanın elmi müəssisə və təşkilatlarında beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirilib + Foto Mart 02, 2018 | 14:00 / Tədbirlər

Bu gün AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarında beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva çıxış edərək AMEA-da bu formatda görüşün ilk dəfə baş tutduğunu söyləyib. O, son illər ərzində akademiyanın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələrinin təkmilləşdirilməsi və peşəkarlaşdırılması istiqamətində əməli tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Daha sonra akademiyanın institutlarının beynəlxalq əlaqələr şöbələrinin illik hesabatları dinlənilib. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva ötən il ərzində görülən işlərdən və beynəlxalq təcrübələrdən danışıb.
Daha sonra Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşları - Firuzə Xəlilova, Günay Cəfərova və Məlahət Qurbanova "AMEA-nın elmi müəssisələri ilə əlaqə vasitələri, problemlər və perspektivlər" mövzusunda təqdimatla çıxış ediblər.
Sonda beynəlxalq təcrübə və əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.