sa sa 1673
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib + Foto Mart 07, 2018 | 12:23 / Tədbirlər

Martın 7-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 mart – Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən institutun direktoru akademik İradə Hüseynova 75 nəfər xanım əməkdaşı olan müəssisənin elmi, pedaqoji və ictimai həyatında onların fəallığının daim nəzərə çarpdığını bildirdi. Akademik Azərbaycan xanımlarını zəriflik, ülvilik, gözəllik və sədaqət rəmzi kimi xarakterizə etmiş və bütün qadınlara hər zaman Azərbaycan qadını simvolunu özündə yaşatmağı arzu etmişdir. O, müasir biologiya sahəsində alim xanımlarımızın elmi fəaliyyətləri, tədqiqatları ilə uğur qazandıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin gənc alim və mütəxəssislərin əksəriyyətini xanımlar təşkil etdiyini bildirdi. Onlar həm ölkə daxilində, həm də xarici dövlətlərdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edirlər. Akademik yekun olaraq qadın əməkdaşlara şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayaraq, əziz gün münasibətilə onları səmimi qəlbdən təbrik etdi. Xanımlara bayram münasibətilə hədiyyələr təqdim edildi.