sa sa 1994
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər günü ilə bağlı tədbir keçirilib + Foto Fev 03, 2020 | 15:37 / Tədbirlər

Fevralın 3-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər günü ilə bağlı tədbir keçirilib. Gəncləri bu əlamətdar gün münasibəti ilə təbrik edən institutun direktoru akademik İradə Hüseynova qeyd etdi ki, bütün sahələrdə olduğu kimi dövlətin gənclər siyasətində də böyük uğurları vardır. O, gənclərin müasir Azərbaycan elmində böyük rola malik olduğunu bildirərək gənclərə şəxsi həyat və karyeralarında uğurlar arzulayıb. Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov da gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.