sa sa 1784
AMEA magistrantlarının attestasiyası keçirilib + Foto Fev 05, 2020 | 15:04 / Mühüm hadisələr

5 fevral 2020-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İnstitut direktoru akademik İradə Hüseynovanın 04 fevral 2020-ci il tarixli 22 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası aparılıb.

Hazırda institutda 15 magistr, o cümlədən I kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1 nəfər, II kursda “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsində 3 nəfər, rus bölməsində 1 nəfər, “Biokimya” ixtisası üzrə 2 nəfər magistr təhsil alır.

İclasda hər bir magistrın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, elmi konfranslarda iştirakı müzakirə edildi. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.