Fevralın 10-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci il üçün ilk elmi seminar keçirilib. Seminarda institutun Bioadaptasiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Səmra Mirzəyevanın “Koronaviruslar bəşəriyyətin yeni təhdididirmi? ”mövzusunda çıxışı dinlənilib. Koronaviruslar olduqca geniş fəsilə olub, yalnız altısının (hazırki virusla yeddisi) insanlarda infeksiya törətdiyi məlumdur. Dr. Josie Golding ilk dəfə xəstəliyin SARS virusuna bənzədiyi haqda məlumat vermişdir. Simptomatik əlamətlər zəif təzahür etdikdə, laborator analizlər tələb olunmur. Lakin xəstəlik şiddətli xarakter daşıyarsa, bu zaman seroloji diaqnostika, hətta PZR kimi testlər tələb oluna bilər. Məruzəçi koronavirusun əlamətləri və bu virusdan qorunmaq üçün mövcud olan profilaktik tədbirlər haqqında ətraflı məlumat verib.