sa sa 1850
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib + Foto Fev 19, 2020 | 15:29 / Konfranslar, iclaslar

19 fevral 2020-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi şuranın 03 saylı iclası keçirilib. İnstitutun direktoru, akademik İradə Hüseynova iclası açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Akademik İ.Hüseynova İnstitutun Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyevin anadan olmasının 60 illik yubiley münasibətilə təbrik edərək ona AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fəxri fərmanını təqdim edib. İ. Hüseynova həmçinin Ümumi şöbənin mühəndisi Qahirə Əliyevanı 70 illik yubileyi münasibətilə institutun kollektivi adından təbrik edib. İclasda 2019-2020-ci tədris ilində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertanturasına sənəd vermiş dissertantların dissertasiya mövzuları və elmi rəhbərlərin müəyyən edilməsi məsələsinə baxılıb, S.Ş. Əsədova, Ş.N.Qasımovun müəllifliyi ilə “Stevia Rebaudiana Bertoni bitkisinin bəzi biomorfoloji xüsusiyyətləri və onun in vitro kulturaya daxil edilməsi” adlı məqalənin Həyat Elmləri və Biotibb jurnalında dərc olunmasının məqsədəuyğunluğu barədə müzakirələr aparılıb və digər təşkilati məsələlərə baxılıb.