sa sa 1628
Elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilib + Foto Fev 20, 2020 | 16:29 / Mühüm hadisələr

20 fevral 2020-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilib. Hazırda İnstitutda elmlər doktoru hazırlığı üzrə doktorant və 11 dissertant elmi-tədqiqat işləri üzərində çalışır. İnstitutun direktoru akademik İradə Hüseynovanın 04 fevral 2020-ci il tarixli 23 saylı əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında doktorant və dissertantlar 2019-cu il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat verib, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmlər doktoru hazırlığı üzrə dissertasiyalara qoyulan yeni tələblərə uyğun olaraq çap işlərinın vəziyyəti müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə iddiaçıların növbəti ildə tədqiqatlarını davam etdirməsi tövsiyə olunub.