sa sa 1675
Fəlsəfə doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib + Foto Fev 21, 2020 | 14:52 / Mühüm hadisələr

21 fevral 2020-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirilib. Hazırda İnstitutda 10 dissertant fəlsəfə doktoru dissertasiyası üzrə elmi-tədqiqat işləri aparır. İnstitutun direktoru akademik İradə Hüseynovanın 04 fevral 2020-ci il tarixli 23 saylı əmri ilə yaradılmış Attestasiya Komissiyası qarşısında dissertantlar 2019-cu tədris ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat verib, fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və təcrübəkeçmələrdə iştirak, çap işləri müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirmiş dissertantların növbəti tədris ilində təhsillərini davam etdirməsi tövsiyə olunub.