sa sa 2014
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 1 mart Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki Müdafiə və Hər bir evdə ilk yardım edən” mövzusu ilə bağlı tədbir keçirilib. + Foto Fev 28, 2020 | 14:50 / Tədbirlər

28.02.2020-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 1 mart Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki Müdafiə və Hər bir evdə ilk yardım edən” mövzusu ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institut üzrə Mülki Müdafiə qərargahının rəisi vəzifəsinin icraçısı, b.ü.f.d., dosent Ələmdar Məmmədov tədbirin məqsədinin fövqəladə halların qarşısının alınması və bu vəziyyətdə insanların zəruri davranış qaydaları ilə təlimatlandırılması olduğunu bildirib. O həmçinin istər müharibə, istərsə də dinc şəraitdə əhalinin müdafiəsinin başlıca vəzifə olduğunu bildirib. O qeyd etdi ki, hər bir vətəndaş fövqəladə hallara hazır olmalı, belə hadisələr baş verərsə, özünün və yaxınlarının həyatını qorumaq üçün zəruri davranış qaydaları ilə tanış olmalıdır. Təhlükəsizlik qaydalarına biganəlik həyatımız üçün təhlükədir. İnstitutun direktoru akademiyanın vitse-prezidenti İradə Hüseynova institutda bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Tədbirin sonunda yanğın təhlükəsizliyi ilə bağlı institutun həyətində təlim keçirildi.