sa sa 1713
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Biokimya” ixtisası üzrə Botanika İnstitutunun doktoranturasına qəbul imtahanı keçirilib + Foto Fev 26, 2020 | 15:03 / Mühüm hadisələr

2fevral 2020-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə Botanika İnstitutunun doktoranturasına “Biokimya” ixtisasından qəbul imtahanı keçirilib. İmtahan komissiyasının sədri AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, üzvləri – professor Səftər Süleymanov, biologiya üzrə elmlər doktorları Şahniyar Bayramov, Həsən Babayev və İnstitutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovadır. İmtahanda 1 yerə sənəd vermiş iki iddiaçı iştirak edib. İmtahan Komissiyası Nərmin Əlixanovanın imtahan nəticəsini 72 balla “yaxşı”, Xədicə Abbaslının nəticəsini 30 balla “qeyri-məqbul” qiymətləndirib.