sa sa 3092
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələrinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçdikləri təcrübənin hesabatı keçirilib + Foto Apr 17, 2018 | 15:48 / Mühüm hadisələr

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 4-cü kurs tələbələri AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi-tədqiqat laboratoriyalarında təcrübə keçiblər. 2 ay müddətində davam edən təcrübə zamanı tələbələr Bioadaptasiya, Genomun quruluşu və ekspressiyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası və Bitki biotexnologiyası laboratoriyalarında biologiyanın müasir tədqiqat metodları ilə yaxından tanış olmuş və institut əməkdaşlarının nəzarəti altında özləri də elmi-tədqiqat işləri aparıblar. 17 aprel 2018 -ci il tarixində tələbələr mənimsədikləri elmi-praktiki bacarıqlarını Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları qarşısında prezentasiya ilə çıxış edərək təqdim ediblər. Tələbələr onlara yaradılan şərait üçün institutun direktoru akademik İradə xanım Hüseynovaya dərin minnətdarlıqlarını bildiriblər. Sonra tələbələrlə bir yerdə xatirə şəkli çəkildi.