sa sa 2283
Elmi şuranın növbəti iclası keçirildi + Foto Apr 18, 2018 | 16:49 / Konfranslar, iclaslar

Aprelin 18-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub. Elmi şuranın üzvləri AMEA Rəyasət Heyətinin və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının gənc alimlər üçün elan etdiyi müsabiqəyə namizədlərin seçilməsi və Avropanın elmi mərkəzlərində postdoktoral tədqiqatlar aparması üçün namizədlərin seçilməsi məsələlərini və digər təşkilati məsələləri müzakirə etmişlər.

İclasın sonunda Elmi şuranın üzvləri adından cənab İlham Əliyevin yenidən prezident seçilməsi ilə əlaqədar təbrik məktubu ünvanlanmışdır.