Bu ilin yanvar ayında Çin Xalq Respublikasında koronavirusa qarşı vaksin hazırlanıb və o, heyvanlar üzərində sınaqdan keçirilib.
Tədqiqatlar zamanı Ebola virusuna qarşı peyvəndin yaradılması təcrübəsi nəzərə alınıb. Martın ikinci yarısında isə bu vaksin insanlar üzərində sınaqdan keçirilməyə başlanılıb. Peyvənd zamanı layihə iştirakçıları virusa yoluxublar. Onlara anticisimlər tətbiq edildikdən sonra həmin insanlarda virusa qarşı immunitetin yaranıb-yaranmadığını müəyyən etmək üçün nəzarət tətbiq edilib.
Sınaqlar zamanı hər biri 18-60 yaş arası 36 nəfərdən ibarət üç qrup yaradılaraq iki həftəlik karantinə alınıb. Həkimlər yarım il ərzində insanların orqanizminin bu maddəyə necə reaksiya verdiyini izləməyi planlaşdırırlar.
www.science.gov.az