sa sa 1009
Rusiyada koronavirusun məhv edilməsi üsulu tapılıb Apr 03, 2020 | 16:06 / Maraqlı məlumatlar

Rusiya alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə aparmaq üsulu tapıblar. Mütəxəssislər soyuq plazma ilə emal edilmiş suyun hətta koronavirusa qarşı öldürücü silah ola biləcəyini müəyyənləşdiriblər.

İnfeksiyanın yayılması fonunda hava ilə yanaşı, virusun yerləşə biləcəyi səthlərin də dezinfeksiya olunması əhəmiyyətlidir.

iz.ru saytının məlumatına görə, mütəxəssislər tərəfindən hazırlanmış maye orqanizm üçün tamamilə təhlükəsizdir. “Maqnaril” adlandırılan mayedə zülallar məhv olur və maye quruduqdan sonra səthdə heç bir virus qalmır.

Belə mayedən maskaların və müxtəlif əşyaların təmizlənməsi üçün istifadə etmək olar. O, istehsal üçün kifayət qədər sərfəlidir.

www.science.gov.az