sa sa 1829
Rusiyada koronavirusun müalicəsi üçün preparatın kliniki sınaqlarına başlanılıb Apr 08, 2020 | 13:42 / Maraqlı məlumatlar

Rusiyanın Federal Tibbi-bioloji Agentliyi koronavirusun ağır formasının müalicəsinə dair kliniki tədqiqatlara başlayır. Tədqiqatların sxemi “Dalargin” preparatı əsasında hazırlanıb.

poisknews.ru saytının məlumatına görə, sınaqlar zamanı dərman ağ ciyərlərində şiş olan heyvanların sağalmasına imkan verib. Bu, mütəxəssislərə insanlar üzərində sınaqların əlverişli nəticələrinə dair ümidlər vəd edir.

Qeyd edək ki, “Dalargin” preparatı hazırda mədə və onikibarmaq bağırsağın yarasının kəskin mərhələsinin, həmçinin kəskin pankreatitin müalicəsi zamanı istifadə olunan Rusiya istehsalı preparatdır.

www.science.gov.az