sa sa 2224
İnstitutun əməkdaşlarının Seminar şurasında çıxışı baş tutdu + Foto Apr 18, 2018 | 15:24 / Seminarlar

Aprelin 18-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun iki əməkdaşının biologiya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi AMEA Botanika İnstitunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurası tərəfindən yaradılmış Seminar şurasında müzakirə edilmişdir. Karbonun Fotosintetik Assimiliyasiyasının Enzimologiyası laboratoriyasının böyük elmi işçisi, Taliyyə Orucova “Azərbaycan florasında yayılan bəzi CAM və C4 bitkilərdə fotosintetik fermentlərin aktivliklərinin gündəlik tsiklinın tənzimlənməsi” mövzusunda, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Səmra Mirzəyeva isə “Azərbaycanda tomat bitkisini yoluxduran virusların diaqnostikası, identifikasiyası və patogenezlə induksiya olunan dəyişikliklərin tədqiqi" mövzusunda çıxış etmişdir. Hər iki məruzəçinin çıxışı və elmi işlərinin səviyyəsi Seminar şurası tərəfindən yüksək qiymətləndirilmiş və əməkdaşlarımız fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafisinə buraxılmışlar.