sa sa 1760
Rusiya Elmlər Akademiyası COVID-19 haqqında onlayn layihə istifadəyə verib Apr 14, 2020 | 15:20 / Maraqlı məlumatlar

Rusiya Elmlər Akademiyasının (REA) professorları tərəfindən COVID-19 xəstəliyi haqqında onlayn layihə istifadəyə verilib. Əsas məqsəd koronavirus infeksiyası ətrafında yayılan miflərin kənarlaşdırılması, xəstəlik haqqında etibarlı və təsdiqlənmiş məlumatların, o cümlədən epidemiologiya üzrə diaqnostika, profilaktika, müalicə üsullarının təqdim edilməsi, qeyri-peşəkar, yoxlanılmamış və zidd informasiya axınını nəzərə alaraq təşkilati tədbirlərin görülməsidir.

poisknews.ru saytının məlumatına görə, ekspertlərin videomühazirə formatında çıxışları REA-nın veb-saytında yerləşdiriləcək. Həftədə dörd videoçarxın yayımlanması planlaşdırılır. Hazırda veb-saytda üç videomaterial yerləşdirilib.

Materiallar tibb və biologiya elmləri sahəsində fəaliyyət göstərən alimlər, bütün ixtisaslar üzrə həkimlər, eləcə də bu problemlə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

www.science.gov.az