sa sa 2751
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun «Proteomiks» laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva 2018-ci il 09-23 aprel tarixində Cənubi Koreyanın Busan şəhərində elmi ezamiyyətdə olmuşdur + Foto Apr 27, 2018 | 15:20 / Ezamiyyətlər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi 09-23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrant layihəsi çərçivəsində Cənubi Koreyanın Busan şəhərində yerləşən Pusan Dövlət Universitetinin Molekulyar Biologiya şöbəsində elmi-praktiki ezamiyyətdə olmuşdur. Səfər çərçivəsində Bitki molekulyar biologiyası laboratoriyasının müdiri, professor Choon Hwan Lee və həmin laboratoriyanın tədqiqatçı professoru, həmyerlimiz İ.Zülfüqarovun elmi rəhbərliyi ilə  “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə molekulyar-genetik, hüceyrə biotexnologiyası və proteomiks yanaşmalar tətbiq olunmaqla buğdanın  quraqlığa və duza davamlılığının yaxşılaşdırılması” adlı qrant layihəsi çərçivəsində elmi tədqiqatlar aparmışdır. Biologiya üzə fəlsəfə doktoru İ.Zülfüqarov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks laboratoriyasının müdiridir və qarşılıqlı təcrübə mübadiləsi, yeni innovativ elmi ideyaların mənimsənilməsi və tətbiqi baxımından çox önəmli olan beynəlxalq qrant layihəsi çərçivəsində işlər artıq iki ildir ki, davam edir. A.Paşayeva ezamiyyət çərçivəsində 13 aprel 2018-ci il tarixində  “Laboratoriyanın təhlükəsizlik qaydaları” mövzusunda keçirilən konfrasda da iştirak etmişdir. Ezamiyyətin sonuncu günü gənc tədqiqatçıya sertifikat təqdim edilmişdir.