sa sa 1855
Azərbaycanda koronavirusun hansı genotipinin yayıldığı araşdırılır Apr 17, 2020 | 15:47 / Maraqlı məlumatlar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sədrinin verdiyi məlumata görə Azərbaycanda koronavirusun hansı genotipitinin, mutasiyasının yayılması araşdırılır. Medicina.az xəbər verir ki, prezidentin tapşırığı ilə Milli Hematologiya mərkəzində ötən il quraşdırılmış molekulyar genetika laboratoriyasının unikal imkanları ilə ölkəmizdə koronavirusun hansı mutasiyasının yayıldığı elmi tədqiqatlarla araşdırılıb aşkarlanacaq. Sekvenləşmə analizləri ilə virusun genomu öyrəniləcək. TƏBİB rəhbəri bildirib ki, bu tədqiqatlara xüsusi dövlət proqramı ilə xaricdə təhsil alıb ixtisaslaşmış gənc elmi mütəxəssislər və genetiklər cəlb olunub.

 medicina.az