sa sa 1699
Narahat olmayın: bu sizin dilinizdə yaşayan mikroblardır Apr 20, 2020 | 13:39 / Maraqlı məlumatlar

Mikroblar insan orqanizminin istənilən hissəsində bağırsaqlarda və ağızda mövcuddur. Yeni tədqiqat işi göstərir ki, ağızda olan mikrobların yerləşməsi heç də təsadüfi deyil. Onlar hər biri öz növünə yaxın yerləşməklə bir növdən ibarət olan qruplar əmələ gətirirlər.  

Alimlər 21 sağlam könüllü üzərində təcrübə aparmışlar. Onlar bizim üçün qida maddələri yaradan müəyyən qrup bakteriyaların identifikasiyası üçün flüoressent taqlar istifadə etməklə mikrobların dilin hansı hissəsində olduğunu müəyyən etmişlər. Alimlərin “Cell Reports”-a verdikləri xəbərə görə, istisnasız olaraq bütün bakteriyalar bir növə mənsub klasterlər əmələ gətirir.

Milroblar mikroskop altında göy qurşağını xatırladır. Məsələn, qırmızı bakteriya Actinomyces, boz rəngdə göstərilən dilin epitelial toxumasına yaxın yerləşir. Rothia mavi bakteriyaları digər icmalar arasında uzun sahələr əmələ gətirir. Yaşıl Streptococcus dilin kənarında nazik bir qabıq və içəridə nazik damarlar əmələ gətirir. Görüntülərə əsasən bu koloniyaların zamanla necə gücləndiyini və böyüdüyünü təxmin etmək olar.