sa sa 3371
Alimlər diabetin koronavirus xəstəliyi zamanı yaratdığı təhlükəni araşdırıblar Apr 20, 2020 | 14:46 / Maraqlı məlumatlar

Qanda qlükoza səviyyəsinin yüksəlməsi immun sisteminin hiper-reaksiyasına və koronavirus xəstəkiyi zamanı fəsadlara səbəb ola bilər. “Science Advances” jurnalının verdiyi məlumata görə beynəlxalq alimlər qrupu bu nəticəyə gəlib. Mütəxəssislər şəkərli diabet xəstələrinin qripi və COVİD-19-u daha çətin keçirdiyini qeyd ediblər. Tədqiqatçılar izah edib ki, virus orqanizmə daxil olduqda immun sistemi patogenə qarşı mübarizədə hüceyrələri əlaqələndirən sitokinin molekullarını istehsal etməyə başlayır. Bu zaman, bəzi insanlarda sitokininlərin miqdarı ifrat olur. Bu, həm xəstə, həm də sağlam toxumalara hücum edən bir sitokinin fırtınasının meydana gəlməsinə səbəb olur. Nəticədə, bütün orqanizm ölümcül ola biləcək iltihabli proseslərə məruz qalır. Alimlər bəzi xəstələrin immun sisteminin niyə belə bir reaksiya verdiyini, digərlərinin isə vermədiyini dəqiq bilmir və bu fərqliliyə qanda şəkərin səviyyəsinin səbəb olduğunu güman edirlər. Qripə yoluxmuş siçanlarla aparılan sınaq göstərdi ki, qlükoza konsentrasiyası yüksək olduqda, heyvanların orqanizmində sitokininlərin ifrat miqdarda sintezi baş verir. Bundan əlavə, Çin həkimlərinin apardığı araşdırmalar koronavirusa yoluxmuş şəkərli diabetli insanların sitokinin fırtınasına daha çox məruz qaldığını göstərib.