sa sa 1737
İnsomniyanın (yuxusuzluğun) müalicəsində yeni terapevtik yanaşma: Apr 21, 2020 | 13:48 / Maraqlı məlumatlar

İnsomniya və ya yuxusuzluq bütün dünyada ən başlıca problemlərdən biri olub, ümumi populyasiyada 10-15%, yaşlı insanlar arasında 30-60% təşkil edir. Bununla yanaşı, insomniya ümumilikdə depresiya, anoreksiya və s. kimi psixiatrik xəstəliklərlə müşayiət olunur. Yuxusuzluğun müalicəsində ən geniş istifadə olunan maddələr benzodiazepinlər və ya onların analoqlarıdır. Lakin bu dərmanların əzələ zəifliyi, təkrar yuxusuzluq, iştah pozulmaları, koqnitiv funksiyaların zəifləməsi, amnezik təsir, dərman tolerantlığının və asılılığının inkişafı kimi çoxsaylı yan təsirləri vardır.      

 “Neurophormocology” jurnalında nəşr edilən məqalədə alimlər beyində adenozin A2A reseptorlarını aktivləşdirməklə daha sağlam yuxuya sahib olmağın mümkünlüyünü təsdiq etdilər. Tədqiqatçılar A2A reseptorlarının ilk pozitiv allosterik tənzimləyicisini müəyyən etdilər ki, bu klassik reseptor aqonistlərindən fərqli olaraq, ürək-damar funksiyalarına (qan təzyiqi, ürək ritmi) təsir etmədən yuxuya səbəb olur. Onların kəşfi yeni nəsil yuxu həblərinin inkişafına təkan verir. 

Məqalənin həmmüəllifi olan ekspert, tibb kimyaçısı Dr. Tsuyoshi Saitoh, bu dərmanın hələlik siçanlar üzərində sınandığını və insana təsirini araşdırmaq üçün qarşıda uzun bir yolun olduğunu söylədi.

bilim.org