sa sa 1082
Xərçəng xəstəliyinə qarşı immunitetin “əyləci” aşkar edilib Apr 23, 2020 | 12:35 / Maraqlı məlumatlar

Alimlər şişlə mübarizədə ən vacib amil ola biləcək immunitet fəaliyyətinin təbii inhibitorunu aşkar ediblər. Bu, xərçəng immunoterapiyasının daha effektli olmasına və bəlkə də onkoloji xəstəliklər üçün yeni müalicə üsullarının tapılmasına kömək edəcək. Təbii “əyləc” mexanizmlərinin köməyi ilə insanın immun sistemi, sağlam toxumalarda həddən artıq avtoreaksiyanın və iltihabın qarşısını alır. Xərçəng hüceyrələri bundan faydalanır, bu da onların immun hüceyrələri ilə toqquşmadan yayınmasına səbəb olur və bütövlükdə immun sisteminin fəaliyyətinin azalmasına gətirib çıxarır. Amerika Birləşmiş Ştatlarından bir qrup alim immunitetin yeni və çox əhəmiyyətli “əyləcini” - EGR4 molekulunu aşkar ediblər. Təcrübələr göstərib ki, EGR4 immun hüceyrələrindən kənar edildikdə immunitetin "əyləci enir" və bu da qatil hüceyrələrin aktivləşməsinə imkan yaradır. T - hüceyrələrin fəallığı öz növbəsində, şiş əleyhinə immuniteti artırır və xərçəng hüceyrələrinə daha yaxşı hücum etməyə imkan verir. Alimlər EGR4 ekspressiyası dəf edilmiş siçanlarda şişin daha az böyüməsini və metastazın az olduğunu müşahidə edibər. Kontrol qrupunda (normal ekspressiya baş verdikdə) bu cür yaxşılaşma müşahidə edilmir. Alimlərin fikrincə, EGR4 xərçəng əleyhinə müalicənin təkmilləşməsində böyük potensiala malikdir. Məsələn, xərçəng xəstəsinin T-hüceyrələrindən EGR4 molekulunu çıxarmaq və sonra bu hüceyrələrin yenidən orqanizmə qaytarılması, mövcud immunoterapevtik yanaşmaların effektivliyini artıra bilər.