sa sa 1962
Eksperimental tədqiqatlar bazasında ,Video Apr 24, 2020 | 12:07 / Nəşrlər

Alimlərin tədqiqatları məsuliyyətlə yerinə yetirməsi dövlətin işinin effektiv təşkili faktorudur.

Azərbaycan Milli Elmlər Akademiyasının ən qədim bölmələrindən biri Biologiya və Tibb Elmləri Bölməsidir (BTEB). Bölmə 1945-ci ildə Akademiya yarandığı zaman fəaliyyətə başlayıb və Biologiya və Kənd Təsərrüfatı Bölməsi adlandırılıb. Qurumun ilk rəhbəri akademik Mirəsədulla Mirqasımov, daha sonra akademiklər Mustafa bəy Topçubaşov (1946-1952) və Abdulla Qarayev (1952-1956) olub.

Ölkədəki koronavirus pandemiyası ilə əlaqədar dövlət tərəfindən görülən müvafiq dəyişikliklər və lazımi tədbirlər, o cümlədən infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejiminin tətbiqi, bütövlükdə Elmlər Akademiyası və onun elmi bölmələrinin də iş rejiminində dəyişikliklər edib. AMEA rəhbərliyinin fikrincə, bu vəzifələrin dəqiq və məsuliyyətli icrası dövlətin səmərəliliyini müəyyən edən əsas amillərdən biridir.

Buna görə də, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamına əsasən aprelin 29-dək məzuniyyətdə olan elmi qurumların fəaliyyəti onlayn olaraq davam etdirilir. Məsələn, BTEB-ə daxil olan Fiziologiya İnstitutunun elmi potensialı son illərdə əldə edilmiş nəticələrin təhlilinə və ümumiləşdirilməsinə, həmçinin icmal və məqalələrin hazırlanmasına, AMEA Rəyasət Heyətinin Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) qərar və sərəncamlarının icrasına yönəlib.

Bölməyə daxil olan digər elmi müəssisə – Mikrobiologiya İnstitutu da özünütəcrid dövründə fəaliyyətini dayandırmayıb. Belə ki, bu yaxınlarda institut əməkdaşlarının apardıqları tədqiqatların nəticələri beynəlxalq məlumat bazalarına (Web of Science, Scopus və s.) daxil olan nüfuzlu “Biosciences Biotechnology Research Asia”, “International Journal of Plant Biology” və “Asia Life Sciences”, həmçinin “European Journal of Microbiology and İmmunology”, “Indonesian Journal of Forestry Research” jurnallarında dərc edilib.

Qaliyə Əliyeva

www.science.gov.az